Milli Məclisin strukturunda kadr dəyişikliyi olub

25 Mart 2025 09:49 (UTC+04:00)

"Milli Məclis aparatının mətbəəsi" MMC-nin direktoru Cahid Mehmanlı vəzifəsindən azad edilib. SİA xəbər verir ki, şirkətə rəhbərlik Etibar Əsgərova həvalə olunub.

Xatırladaq ki, "Milli Məclis aparatının mətbəəsi" 2020-ci ildə 100 manat nizamnamə kapitalı ilə yaradılıb.