Zelenskinin dəvətinə Vens yenə reaksiya vermədi

25 Mart 2025 02:13 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın vitse-prezidenti J.D.Vensi yenidən Ukraynaya səfərə dəvət edib, lakin cavab almayıb. SİA xəbər verir ki, bu barədə “Taym” məlumat yayıb. “Vitse-prezident bu dəvətə cavab vermədi”, - nəşr yazıb.

Qeyd edək ki, 28 fevralda Ağ Evdə mübahisə zamanı Zelenski Vensi “hər şeyi öz gözü ilə görmək üçün” Ukraynaya dəvət etmişdi. Zelenski dəvətini ötən gün təkrarlayıb.