Ağcabədidə avtomobil kanala aşıb, xəsarət alan var

24 Mart 2025 13:33 (UTC+04:00)

Ağcabədidə idarəetmədən çıxan "VAZ" markalı minik maşını suvarma kanalına aşıb. SİA xəbər verir ki, hadisə gecə saatlarında rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

Qəzada xəsarət alan sürücü Tural Ağayev xilasedicilər tərəfindən maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.