Ər-Riyadda Rusiya-ABŞ danışıqları başlayıb

24 Mart 2025 11:59 (UTC+04:00)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar başlayıb.

SİA xəbər verir ki, Rusiya-ABŞ danışıqları The Ritz-Carlton otelində keçirilir.