Ağcabədidə yol qəzası olub

24 Mart 2025 10:59 (UTC+04:00)

Ağcabədidə "VAZ-2107" və "KİA" markalı minik maşınları toqquşub. SİA xəbər verir ki, rayonun Rəcbərlər kəndi ərazisində qeydə alınan qəzada sürücü və sərnişin xəsarət alıb. Xəsarət alanlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.