Türkiyə millisinin üzvündən romantik evlilik təklifi - FOTOLAR

24 Mart 2025 02:30 (UTC+04:00)

Türkiyə millisinin və İngiltərənin “Brayton” klubunun futbolçusu Ferdi Kadıoğlu sevgilisi Sera Vrijə evlilik təklif edib. SİA-nın məlumatına görə, 26 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “Sən və mən, sonsuza qədər və həmişə...”, - deyə Ferdi paylaşımına yazıb. Onların fotolarına çoxlu bəyənmə və şərhlər gəlib.

Qeyd edək ki, Ferdi kimi Hollandiyada anadan olan 28 yaşlı Sera gözəllik və kosmetika mərkəzinin sahibidir.