Azərbaycanın veteran futbolçusu vəfat edib

23 Mart 2025 23:10 (UTC+04:00)

AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 1955–1962-ci illərdə “Neftçi”nin şərəfini qorumuş Çingiz İsmayılov 1986-1994-cü illərdə bu komandanın rəisi vəzifəsində çalışıb. Uzun illər televiziyada futbol şərhçisi kimi fəaliyyət göstərən Ç.İsmayılov 2022-ci ilin dekabrında “Tərəqqi” medalı ilə təltif edilib.