Husilər Təl-Əvivə raket zərbəsi endiriblər…

23 Mart 2025 19:54 (UTC+04:00)

Yəmən husiləri İsrailin Təl-Əviv beynəlxalq hava limanına hücum ediblər.

SİA xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya məlumat verib.

Hücum “Fələstin-2” hipersəs ballistik raketi ilə həyata keçirilib.

Səriyanın sözlərinə görə, hücumun məqsədinə nail olunub: Ben Qurion hava limanının fəaliyyəti yarım saat dayandırılıb. Eyni zamanda İsrail tərəfi raketin hava limanına çatmamış vurulduğunu bildirib.

Husilər həmçinin Qırmızı dənizdə Amerikanın “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinə və sulardakı digər döyüş gəmilərinə raket və pilotsuz təyyarələrlə hücumu elan ediblər.

Bundan əvvəl məlum olub ki, husilər martın 20-də Təl-Əviv hava limanına və ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum ediblər.

Əməliyyat “Fələstin-2” hipersəs ballistik raketi vasitəsilə həyata keçirilib.

Əli Babayev