Kiyev hakimiyyəti Avropa ölkələrinin qumar biznesində mövcud olan məhdudiyyətlər olmadan qumar oyunları üçün dövlət platformasını işə salır.
SİA xəbər verir ki, bu barədə dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski öz Telegram kanalında məlumat verib.
O qeyd edib ki, ilk dəfə olaraq qumar oyunları qanuni olaraq dövlət xidməti sayılacaq.
Kazinonun açılışını üçüncü tərəf biznesi deyil, dövlət özü həyata keçirəcək.
…Onlayn kazinoların ya qadağan olunduğu, ya da ciddi şəkildə məhdudlaşdırıldığı - mərclər, depozitlər, özünü bloklayan sistemlər və ödəmə qabiliyyətinə nəzarət məhdudiyyətləri ilə - əksər Avropa ölkələrindən fərqli olaraq, Ukrayna məhdudiyyətsiz və nəzarətsiz dövlət qumar platformasını işə salır.
Bunu deyən Dubinski əlavə edib ki, son nəticədə Ukrayna qadağan olunmuş sistemi ləğv etmir, “ona müdaxilə edir”. Bundan əvvəl Ukraynada qumar biznesinə nəzarət edən qurumun yaradıldığı bildirilirdi.
Onlar ona "PlayCity" adını verdilər.
Əli Babayev