Əkrəm İmamoğlu vəzifəsindən uzaqlaşdırılıb

23 Mart 2025 18:29 (UTC+04:00)

Martın 23-də məhkəmə prosesi nəticəsində həbsinə qərar verilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlu, şəhərin Beylikdüzü ilə Şişli rayon bələdiyyələrinin sədrləri Mehmet Murat Çalık və Resul Emrah Şahan müvəqqəti tədbir olaraq vəzifələrindən kənarlaşdırılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi bununla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada Şişli icra nümayəndəsi Cevdet Ertürkmenin İstanbul Valiliyi tərəfindən bu rayonun bələdiyyə sədrinin vəkili olaraq təyin edildiyi bildirilir.