…Ukraynanın itirdiyi və Rusiyanın nəzarətinə keçən ərazilər heç vaxt Kiyevə qaytarılmayacaq.
SİA-nın məlumatına görə, bu gözlənilməz bəyanatla Ukrayna Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki Oleq Starikov ukraynalı jurnalist Nataliya Vlaşçenkonun YouTube kanalına müsahibəsində deyib.
Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki qeyd edib ki, hərbi əməliyyatların uzadılması Ukrayna üçün daha böyük ərazi itkilərinə səbəb ola bilər. Ona görə də onun fikrincə, Kiyev üçün “hər şeyi dayandırmaq və barışıq bağlamaq” faydalıdır.
…Bundan əvvəl Starikov ölkənin “ən yaxşı dostunun” qəfil yoxa çıxmasından narahat olduğunu bildirib.
…Ukraynanın Britaniya adalarından olan ən yaxşı dostu hara getdi? Zəncəfil olanı, - deyə o, İngiltərənin keçmiş baş naziri Boris Consonu nəzərdə tutaraq soruşub.
Əli Babayev