Zaqatalada ev yanıb, 53 yaşlı qadın ölüb

23 Mart 2025 09:22 (UTC+04:00)

Zaqatalada yanğın nəticəsində bir nəfər ölüb. SİA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Muxax kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızı yaşadığı evin yanğın zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.