ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

23 Mart 2025 08:07 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampın administrasiyası 530 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Bildirilib ki, söhbət 2023-cü ildə ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin dövründə tətbiq edilən xüsusi proqramla daxil olan miqrantlardan gedir. Təşəbbüs təsdiqlənərsə, onların ölkədə müvəqqəti qalma proqramlarının qüvvəsi aprelin 24-də başa çatacaq.

“Tramp administrasiyası Kuba, Haiti, Nikaraqua və Venesueladan ABŞ-a gələn 530 mindən çox insanın müvəqqəti hüquqi statusunu ləğv etmək niyyətindədir”, - məlumatda deyilir.