Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş əsgər Bərdədə dəfn edilib - YENİLƏNİB

22 Mart 2025 12:30 (UTC+04:00)

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib. SİA xəbər verir ki, 2005- ci il təvəllüdlü Həmidov Rüstəm vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.