Yeddiqat dünya çempionu Lyuis Hemilton, “Ferrari”nin sürücüsü, Şanxayda dördqat çempion olan Sebastyan Fettelin rekordunu geridə qoyub. SİA xəbər verir ki, o, yeni ən sürətli dövrə vurub. Fettelin 2018-ci il Çin Qran Prisinə vəsiqə zamanı əvvəlki ən yaxşı göstəricisi 1:31,095 olub. Hemilton sprint sıralamasında bu nəticəni yaxşılaşdıraraq dövrəni 1:30.849-da tamamlayıb. Britaniyalı sürücü ilə yanaşı, Fettelin keçmiş rekordu da eyni sessiyada Maks Ferstappen və Oskar Piastri tərəfindən yenilənib. Qeyd edək ki, Çində keçiriləcək Formula 1 sprint yarışı martın 22-də baş tutacaq.