Rusiyadan Kiyev və Zaporojyeyə kütləvi zərbə

22 Mart 2025 04:17 (UTC+04:00)

Rusiya ordusu dronlarla Ukraynanın Zaporojye vilayətində yaşayış binalarına ondan çox zərbə endirib. SİA yerli mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər həlak olub, daha 6 nəfər xəsarətlər alıb ki, onlardan da ikisinin vəziyyəti ağırdır. Bundan əlavə, paytaxt Kiyevə də zərbələr endirilib, nəticədə bir ev yanıb.