…Müğənni Alena Kravets bildirib ki, Rublyovkadan olan oliqarxlar Alla Puqaçova və Maksim Qalkinə “boykot elan ediblər”.
SİA-nın məlumatına görə, bu barədə “Arquments and Facts” yazıb.
Kravetsin sözlərinə görə, Rublyovkadan olan oliqarxlar əvvəllər tez-tez Puqaçova və Qalkini xarici iqamətgahlarına şənliklərə dəvət edirdilər, lakin indi bunu dayandırıblar.
Eyni zamanda, Kravets Puqaçovanın Bedros Kirkorovun dəfn mərasiminə siyasi mövqeyinə görə gəlmədiyini də bildirib.
…Onların müxtəlif siyasi mövqeləri var. Hər iki Kirkorov rus vətənpərvərdir. Bedros və Filip xüsusi hərbi əməliyyat döyüşçüləri üçün mahnı oxudular. Puqaçova isə nəinki getdi, həm də xaricdən üstümüzə “palçıq” atır, bizi kölə və qul” adlandırır.
Amma Alla gəlməməyini də tutarlı əsaslandırıb: mən Bedrosun dəfninə niyə gəlməliyəm? O mənim üçün kim idi ki? Keçmiş çoxsaylı ərlərimdən birinin atası.
Yeri gəlmişkən, xatırladım ki, Alla üçün belə qayınatalardan...deyəsən beşi (…dayanaın bir də sayım…A.B.) olub.
Yadımdaykən,...Alla, o vaxt heç keçmiş əri Aleksandr Stefanoviç öləndə (...gərək ki, 2021-ci il idi- A.B.) dəfninə gəlməmişdi, indi durub qayınatasının dəfninə gələcəkdi?
Xatırladaq ki, Bedros Kirkorov martın 18-də 92 yaşında vəfat edib.
Nazlı Almuradova