...Rusiya iqtisadiyyatının 2030-cu ilə qədər təxminən 11 milyon yeni işçiyə ehtiyacı var. Yəni, hər il təxminən 2,2 milyon insan cəlb edilməlidir.
SİA-nın məlumatına görə, bu barədə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov bildirib.
Nazirin sözlərinə görə, bu ehtiyac təqaüdə çıxanları əvəz edəcək 10 milyon işçi və yeni əlavə iş yerlərinin doldurulması üçün 800 min işçidən ibarətdir.
Kotyakov belə rəqəmləri Rusiyada əmək məhsuldarlığının aşağı olması ilə izah edib.
Şirkətlərdə istehsalın artımı texnoloji təkmilləşdirmələr və işin daha səmərəli təşkili yolu ilə deyil, əsasən işçilərin artırılması hesabına əldə edilir.
Eyni zamanda, bazarda bütün müəssisələrin tələbatını ödəmək üçün kadr çatışmazlığı var.
Nazir qeyd edib ki, son üç ildə 2 milyona yaxın insan əlavə olaraq iqtisadiyyata cəlb olunub və bütün yaş qrupları üzrə məşğulluq artıb.
Lakin bu ehtiyat demək olar ki, tükənib və hazırda əsas kadr mənbəyi gənclər hesab olunur.
İstirahət və bayram günlərində 14-18 yaşlı yeniyetmələrin işə cəlb edilməsi imkanları nəzərdən keçirilir.
Nazlı Almuradova