Şüşə silən mayeni spirtlə səhv salan qadın...şüşə qabı başına çəkib və...

21 Mart 2025 17:45 (UTC+04:00)

Arxangelsk vilayətində müstəntiqlər qadının təmizləyici vasitə ilə zəhərlənməsinin səbəblərini araşdırır.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

...Hadisə Nikolskaya kəndində baş verib. Müstəntiqlərin sözlərinə görə, 52 yaşlı qadın şüşə təmizləyici mayeni spirtlə səhv salıb və onu içib. Nəticədə o, metil spirti ilə zəhərlənib və onu xilas etmək mümkün olmadı.

...Müsadirə edilmiş antifrizdə metil spirtinin həcm hissəsi müəyyən edilmiş normaları üstələyir və bu, sağlamlığa ciddi təhlükə yaradır.

Bunu ruslar yazır.

Hadisə ilə bağlı araşdırma aparılır. Müstəntiqlər istehsalçını məsuliyyətə cəlb etmək və təhlükəli malların partiyasını satışdan çıxarmaq üçün hadisə ilə bağlı məlumatı Rospotrebnadzor-a göndəriblər.

Əli Babayev