Yeni Toyota Land Cruiser Prado 250 ekstremal zirehli modifikasiya alıb.
SİA-nın məlumatına görə, o, Kanadanın Inkas Armored şirkəti tərəfindən yaradılmışdır. Avtomobilin təfərrüatları onun saytında açıqlanıb.
Inkas Armored zirehli maşınlarda ixtisaslaşmışdır. Şirkətin sırasına bir çox modellər, o cümlədən hətta 800 at gücünə malik Mercedes G-Class Brabus da daxildir.
Toyota Land Cruiser Prado BR6+ standartına uyğun zirehlidir, yəni o, 7,62 mm-lik avtomatik silahdan atəşə və dibinin altındakı qumbara partlayışına tab gətirə bilir. Yolsuzluq avtomobilinin içərisinə zirehli kapsul quraşdırılıb. Təbii ki, gülləkeçirməz şüşələr və deşməyə davamlı təkərlər peyda olub.
Nazlı Almuradova