Yuxusuzluq sui-qəsd nəzəriyyələrinin qavranılmasına təsir edir

22 Mart 2025 00:45 (UTC+04:00)

....Yuxunun keyfiyyətinə və ya olmamasına təsir edən bir çox problem var və elm adamları problemi araşdırdıqca onların sayı artır.

Bunlara ürək xəstəlikləri, ruhi xəstəliklər və yüksək səviyyədə narahatlıq daxildir. Yeni bir araşdırmaya görə, yuxusuzluq insanları sui-qəsd nəzəriyyələrinə daha həssas edir.

SİA-nın məlumatına görə, araşdırmanın nəticələri Journal of Health Psychology jurnalında dərc olunub.

Deməli, iki eksperimentdə mindən çox könüllü iştirak edib. Nottingem Universitetində aparılan testlər göstərib ki, keyfiyyətsiz yuxu, həmçinin depressiya və ya narahatlıq kimi psixi sağlamlıq problemləri insanları sui-qəsd nəzəriyyələri kimi yalan məlumatlara daha həssas edə bilər.

Beyin, əgər xarici mənbələrdən gəlirsə, sui-qəsdlər haqqında məlumatlara xüsusilə həssasdır. Tədqiqat rəhbəri və psixoloq Daniel Jolli, “...yuxu tənqidi düşüncə üçün çox vacibdir”,- deyib və əlavə edib ki, zəif yuxu insanlarda sui-qəsd nəzəriyyələrinə inanmağa səbəb ola biləcək depressiya, narahatlıq və paranoyya səviyyələrini artırır.

...Moika78 yazır ki, bir sui-qəsd nəzəriyyəsinə inam, insanların peyvəndlə yanaşı, dərisinin altına çip vurulduğunu və ya düşüncələrinizi oxumaq mümkün olmaması üçün folqa papaq taxmaq lazım olduğunu düşünməsidir.

Psixoloq qeyd edir ki, araşdırmaya görə, insanlar yuxu keyfiyyətini yaxşılaşdırsa, konspirasiya nəzəriyyələrinin yayılması kəskin şəkildə azalacaq.

Əli Babayev