İnanıram ki, Haiti millisinə qalib gələcəyik. SİA xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Haiti ilə keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, rəqibin heyətində yaxşı futbolçular var: "Oyunlarını izləmişik. Məşqlərimizi də yaxşı keçirmişik. Heyətə cəlb olunan yeni simalar da özlərini göstərə bilirlər. Biz də çalışırıq ki, onlara kömək edək. Komandada ab-hava yaxşıdır. Qalib gəlmək istəyirik".
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.