“Biz qalib gəlirik və bizə heç bir atəşkəs lazım deyil…”

22 Mart 2025 00:25 (UTC+04:00)

...Rusiya cəmiyyəti münaqişəyə son qoymağa hazırdır.!?

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “The New York Times” Massaçusetsdə yerləşən FilterLabs analitik şirkəti tərəfindən sosial şəbəkələrin təhlilinə istinadən yazır.
…Və eyni zamanda, cəmiyyət Ukraynaya hər hansı güzəştə də şübhə ilə yanaşır.

…Ukrayna və Rusiya ilə əlaqəli hər şeydə mənzərə mürəkkəbdir. Baxmayaraq ki, sərhədyanı ərazilərdə və böyük şəhərlərdə bir ümumi xətt var - ruslar müharibəyə son qoymağın vaxtının çatdığına inanırlar, ancaq Rusiyanın şərtləri ilə…

Deyim ki, bu şirkətin təhlilində deyilir.

Amma o da qeyd edilməlidir ki, rusiyalıların az qismi də olsa, hər halda onlar Vladimir Zelenskinin devrilməsinə qədər mübarizəni davam etdirmək istəyirlər..?

…Deməli “FilterLabs” tammiqyaslı münaqişə başlayandan bəri Rusiyanın ictimai rəyində Ukraynada baş verənlərlə bağlı dəyişiklikləri öyrənir.

Şirkət, son təhlilində Moskva və Sankt-Peterburqda, eləcə də Ukrayna ilə həmsərhəd bölgələrdə sosial şəbəkələrdəki yazılara nəzər salıb.

…Atəşkəs razılaşması ilə bağlı geniş skeptisizm, eləcə də ümumi müharibə yorğunluğu var.

Bu, şirkətin açıqlamasında bildirilir.

Rusiya ictimaiyyəti ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü bərpa etməsi xəbərini mənfi qarşılayıb. Əgər bir ay əvvəl Rusiyada Donald Trampa münasibət yaxşılaşırdısa, indi şərhçilər daha çox şübhə ilə yanaşırlar.

…Amerikalılara, o cümlədən Trampa etibar etmək olmaz... Sülh söhbəti altında onlar artıq silah tədarükünü bərpa ediblər. Onların sözləri tamamilə yalandır.

…Biz qalib gəlirik və bizə heç bir atəşkəs lazım deyil.

Bunu ruslardan biri Telegram-da yazıb.

“FilterLabs”-ın baş direktoru Conatan Teubner deyir ki, Rusiya cəmiyyətində ABŞ-a inamsızlıq var.

…Rusiyada çoxları təklifləri Amerika və Qərbin Rusiyadan öz maraqları üçün istifadə etməsinin başqa bir yolu kimi görür... Bu skeptisizm çox güman ki, Putinə bir çox insanın istədiyi atəşkəsdən imtina etmək imkanı verəcək.

Bunu Teubner bildirib.

…Bu arada “The New York Times” “FilterLabs” analizini və Ukraynadakı Kiyev Razumkov Mərkəzinin sorğusunu müqayisə edib.

…Bu, ABŞ-ın vasitəçiliyi ilə sülh razılaşmasının şərtlərini həyata keçirməyin nə qədər çətin olacağını göstərir. Rusiya və Ukrayna münaqişədən tükənib, lakin ciddi güzəştə getməkdə maraqlı deyillər.

Razumkovun fevralın sonu və martın əvvəlində keçirdiyi sorğu ərazilərin verilməsinə və ya Moskvaya böyük güzəştlərə getməsinə şübhə ilə yanaşdığını göstərir. Respondentlərin təxminən 78 faizi mübahisəli rayonlardan qoşunların çıxarılmasının əleyhinədir, daha çox ukraynalı isə ərazilərin ilhaqının tanınmasının əleyhinədir.

Respondentlərin əksəriyyəti də Qərbin Moskvaya qarşı sanksiyalarının ləğvinin əleyhinədir.

Ukraynanın Rusiyanın əsas tələbi olan neytral dövlətə çevrilməsi ilə bağlı fikirlər bölündü: 56 faiz neytrallığın əleyhinə, 22 faiz isə lehinədir.\

Əli Babayev