Tramp Tesla avtomobilləri ilə bağlı sərt xəbərdarlıq etdi

21 Mart 2025 15:12 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp İlon Maskın Tesla avtomobillərini sabotaj edənlərə ciddi xəbərdarlıq edib. SİA xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb. O, hüquq-mühafizə orqanlarının günahkarları və onların maliyyələşdirənlərini axtardığını, bu şəxslərin uzunmüddətli həbs cəzasına məhkum ediləcəyini bildirib. “Teslanı sabotaj edən şəxslər, böyük ehtimalla, iyirmi ilə qədər həbs cəzası alacaqlar, o cümlədən onları maliyyələşdirənlər də. Biz sizi axtarırıq, - deyə Tramp vurğulayıb.