Netanyahu qalmaqallı qərarını həyata keçirdi

21 Mart 2025 14:10 (UTC+04:00)

Nazirlər Kabineti Baş nazir Benyamin Netanyahunun İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin – ŞABAK-ın (Şin Bet) rəhbəri Ronen Barın vəzifədən azad edilməsi ilə bağlı mübahisəli qərarını yekdilliklə təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Netanyahunun Ofisi məlumat yayıb. Netanyahu bu qərarı 16 martda elan edib və bu, kütləvi etirazlara səbəb olub. İsrail KİV-lərinin məlumatına görə, bu, ölkə tarixində hökumətin ŞABAK rəhbərini vəzifədən kənarlaşdırdığı ilk haldır. Netanyahu buna səbəb kimi Bara “inamın itməsini” göstərib.