İtaliya millisi Millətlər Liqasının ilk 1/4 final matçında Almaniyaya 1:2 hesabı ilə məğlub olub. SİA xəbər verir ki, italyanlar 9-cu dəqiqədə Sandro Tonalinin sayəsində hesabı açsalar da, üstünlüklərini qoruya bilməyiblər. "Squadra adzura" 12 ildən çox müddətdə ilk dəfə öndə olduqdan sonra evdə məğlubiyyətlə üzləşib. Bu barədə "Opta" məlumat yayıb. İtaliya son olaraq 2012-ci il noyabrın 14-də Fransa ilə evdə keçirilən yoldaşlıq oyununda oxşar məğlubiyyətlə üzləşib.