İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq təhvil verilib

21 Mart 2025 11:12 (UTC+04:00)

Martın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.