Ötən gün polis əməkdaşları tərəfindən 31 cinayətin açılması təmin olunub - DİN

21 Mart 2025 10:32 (UTC+04:00)

Martın 20-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə, ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.