Goranboyda yanğın oldu

21 Mart 2025 10:16 (UTC+04:00)

Goranboy rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Goranboy rayonunun Yeni Yol kəndində ferma ərazisində 80 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.