Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

21 Mart 2025 09:40 (UTC+04:00)

Azərbaycan cüdoçuları bu gün Gürcüstanın paytaxtı Tbilisidəki "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcəklər. SİA xəbər verir ki, ilk yarış günü 5 cüdoçumuz 4 çəki dərəcəsində (3 kişi və 2 qadın) tatami üzərinə çıxacaqlar.

Kişilər arasında Murad Muradlı, (60 kq) Nazir Talıbov və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medallar uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə Aydan Vəlliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaq.

Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq.