Tramp ABŞ Təhsil Nazirliyini ləğv etdi

21 Mart 2025 03:42 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Təhsil Departamentini ləğvinə başlamaq haqqında sərəncam imzalayıb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Sənədi imzalamazdan əvvəl Tramp vurğulayıb ki, sərəncam Təhsil Departamentini birdəfəlik ləğv etməyə başlayacaq. O, əlavə edib ki, agentliyin yaradılmasından 45 il sonra Birləşmiş Ştatlar hər bir ölkə ilə müqayisədə hər tələbə üçüb təhsilə daha çox pul xərcləyir, lakin Birləşmiş Ştatlar uğur baxımından siyahının sonundadır.