ABŞ və Ukrayna ən qısa zamanda faydalı resurslarla bağlı saziş imzalayacaq. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə çıxışı zamanı deyib.
Prezident bildirib ki, o, ABŞ-ın kritik resursların çıxarılması ilə bağlı sərəncam verib. "Mühüm mineralların və nadir torpaq metallarının istehsalını kəskin şəkildə artırmaq üçün sərəncam imzaladım. Bu, ölkəmiz üçün mühüm vəzifədir. Bildiyiniz kimi, biz həm də dünyanın müxtəlif yerlərində nadir torpaq metallarının, mineralların və daha çoxunun işlənməsi üçün müxtəlif ölkələrlə müqavilələr imzalayırıq", - deyə Amerika lideri vurğulayıb.