Şimali Koreya yeni zenit-raketi modelini sınaqdan keçirdi

21 Mart 2025 01:43 (UTC+04:00)

Şimali Koreya yeni zenit-raketi modelini sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə “Koreyanın Səsi” məlumat yayıb. “Şimali Koreyanın Baş Raket İdarəsi martın 20-də hərtərəfli döyüş qabiliyyətini yoxlamaq məqsədi daşıyan yeni model zenit-raket silah sisteminin sınaq buraxılışını həyata keçirib”, - məlumatda qeyd olunub.