Məşhur amerikalı aktyor vəfat etdi

21 Mart 2025 02:15 (UTC+04:00)

Məşhur amerikalı aktyor Uinqz Hauzer 77 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə onun qızı məlumat verib. Məlumata görə, aktyor Kaliforniya ştatının Santa-Monika şəhərindəki evində dünyasını dəyişib. Ölüm səbəbi isə xroniki obstruktiv ağciyər xəstəliyi olub.

Qeyd edək ki, aktyor məşhur “Doktor Hauz”, “Gənc və cəsarətlilər” seriallarında, “Əxlaq polisi”, “Rezin” filmlərində rol alıb.