Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

20 Mart 2025 20:06 (UTC+04:00)

Martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.