Yollarda görünüş məhdudlaşacaq! - BDYP

20 Mart 2025 19:34 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 21-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq. Yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli olmağa çağırır. Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsi aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir:

-Sürət həddini hava şəraitinə uyğun seçin.

- Yaxın məsafəni göstərən işıqları (faraları) yandırın, zərurət olduqda duman faralarından istifadə edin.

-Ötmə və kəskin manevrlərdən çəkinin.

-Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırın.

- Xüsusilə piyada keçidlərində daha ehtiyatlı olun.

Unutmayın: Qeyri-sabit hava şəraitində nəqliyyat vasitələrini idarə etmək əlavə diqqət və məsuliyyət tələb edir!

Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.