Şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb - Qəbələdə

20 Mart 2025 12:32 (UTC+04:00)

Qəbələ Rayon İcra Hakimiyyəti şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün iftar süfrəsi təşkil edib. SİA xəbər verir ki, rayon ağsaqqallarının və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi iftar süfrəsində “Qurani-Kərim”dən ayələr, şəhidlərin ruhuna dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.

Şəhid ailələrinin üzvləri və müharibə əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.