Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

20 Mart 2025 09:33 (UTC+04:00)

Martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.