AFFA rəhbərliyi veteran futbolçu Oqtay Abdullayevi 70 illik yubileyi münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahagir Fərəcullayev keçmiş futbolçuya üzərində "70" yazılan xatirə hədiyyəsi təqdim edib.