“Clarivate Analytics” şirkətinin nümayəndəsi Azərbaycan Universitetində olub

19 Mart 2025 15:12 (UTC+04:00)

“Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov Azərbaycan Universitetinə gedərək elmi işlər üzrə prorektor Yusif Qasımovla görüşüb. SİA xəbər verir ki, İltifat İbrahimov görüşdə təmsil etdiyi şirkət, onun Azərbaycanda həyata keçirdiyi layihələr və tədbirlər haqqında danışıb. Yusif Qasımov isə Azərbaycan Universitetinin “Clarivate Analytics” şirkətinin məhsulu olan “Web of Science” bazası üzrə elmmetrik göstəriciləri, bu göstəricilərin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Görüşdə, həmçinin “Clarivate Analytics” şirkəti ilə Azərbaycan Universiteti arasında əməkdaşlıq imkanları da müzakirə edilib, birgə təlimlərin təşkil edilməsi haqqında razılığa gəlinib.