"Keyfiyyətli avtomobil yolları nəqliyyatın əl çatanlığını artırır" - EKSPERT ŞƏRH ETDİ

19 Mart 2025 15:03 (UTC+04:00)

"Ümumi yol tikintisi, yəni avtomobil yollarının tikilməsi müsbət bir haldır. Ölkəmizin fərqli istiqamətlərində müasir, keyfiyyətli avtomobil yolları, nəqliyyatın əl çatanlığını artırır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Onun sözlərinə görə, bu həm mobillikdə, yəni hərəkətlilikdə, sərnişin daşımada, həm də logistikada yəni yük daşımada sürətinə birbaşa təsir göstərir. Belə olduğu təqdirdə həmin ərazilərdə yəni harada keyfiyyətli yol varsa həmin ərazilərdə yaşam keyfiyyəti artır: "Bu baxımdan düşünürəm ki, ölkəmizdə tikilən yolların əhəmiyyəti nəinki ölkədaxili hərəkətlilikdə, yükdaşımada əhəmiyyəti vardır, həm də beynəlxalq nəqliyyat dəhlizləri nöqteyi-nəzərdən baxsaq görərik ki, Azərbaycanın yerləşdiyi coğrafiya çox önəmlidir. Azərbaycanın coğrafi mövqeyi fərqli qitələri, fərqli limanları əlaqələndirir və əgər keyfiyyətli, sürətli yolunuz varsa, ölkə ərazisindən keçən yük daşınmanın tranzit vaxtına birbaşa təsir edir. Yəni göründüyü kimi bu mənada qoyulan investisiya özünü doğruldur. Düşünürəm ki, şəhər yollarında yanaşmamıza biraz müasir yanaşma ilə diqqət ayırsaq yaxşı bir nəticəyə gəlib çıxa bilərik".