Martın 29-da ilin ilk Günəş tutulması olacaq

19 Mart 2025 12:38 (UTC+04:00)

Martın 29-da 2025-ci ilin ilk Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından SİA-ya verilən məlumata görə, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Tutulma hadisələri adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.