"Qarabağ" klubu azarkeşlərinə görə cərimələnib

19 Mart 2025 12:11 (UTC+04:00)

"Qarabağ" klubu azarkeşlərinə görə 1500 manat cərimələnib. SİA xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Ağdam təmsilçisinin cərimələnməsinə Misli Premyer Liqasının XXVII turunda “Kəpəz”lə matçdan sonra azarkeşlərinin pirotexniki vasitədən istifadə etmələri səbəb olub.

AFFA "Sabah"ı da cərimələyib. XXVII turda “Zirə” ilə matçda Əsasnamənin tələblərinin pozulması "Sabah”ı 500 manat ziyana salıb.