Abşeron və Nəsimi rayonlarında oğurluq edən şəxslər saxlanılıb. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu ərazisində 3 şəxsə məxsus yardımçı təsərrüfatdan oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 30200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 34 yaşlı S.Qarayev və 31 yaşlı R.Sayılov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, paytaxtın Nəsimi rayonu ərazisində bir şəxsin bank kartından 500 manatını oğurlamaqda şübhəli bilinən 31 yaşlı B.Quliyevin saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.