Səhiyyə Nazirliyi sığortaçı seçir

19 Mart 2025 11:45 (UTC+04:00)

Səhiyyə Nazirliyi 13 əməkdaşının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 25 manatdır.

İddiaçılar təkliflərini aprelin 14-nə nazirliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 1A ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 14-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi “Qala Sığorta” ASC olub. Şirkətə 114 367 manat ödənilib.