Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib

19 Mart 2025 11:27 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla spiker Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətlərinə görə mükafata layiq görülüb.

Qeyd edək ki, bu gün S.Qafarovanın 70 yaşı tamam olur.