Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bayram günlərində və fövqəladə hallarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Xidmətdən SİA-ya bildirilib ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə dayanıqlı təchizatı üçün bütün təşkilati və texniki tədbirlər görülür, qəza xidmətləri fasiləsiz işləyir.
"Digər günlərdə olduğu kimi bayram günlərində də mərkəzi idarə aparatında, şəhər və regional sukanal idarələrində 24 saatlıq növbətçilik təmin olunur. Abonentlər içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə bağlı 24 saat fəaliyyət göstərən '955' Zəng Mərkəzinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.