"Cənab Prezident İlham Əliyev Azərbaycan adət-ənənələrinə, tarixin dərinliklərindən gələn milli dəyərlərimizə həmişə yüksək qiymət verib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, Prezident xalqımız üçün əziz olan Novruz bayramının daima dövlət səviyyəsində yüksək səviyyədə keçirilməsinə diqqət edib, özü şəxsən iştirak edib: "Vətən müharibəsinə qədər bütün Novruz bayramı tədbirlərində Qarabağ məsələsinə toxunub, o torpaqlara qayıdacağımızı qətiyyətlə elan edib. Torpaqlarımız azad edildikdən sonra isə artıq hər Novruz bayramı tonqalının işğaldan azad olunan bu və ya digər bölgədə qeyd edilməsi bir ənənə halını alıb. Bu da onu göstərir ki, cənab Prezident Azərbaycan xalqının adət-ənənələrinə yaxşı bələddir. Onların qorunub saxlanmasına, zənginləşməsinə, gənc nəslin bu dəyərlərə sahiblənməsində maraqlıdır. Eyni zamanda, cənab Prezidentimizin bu məsələdə bir azərbaycanlı kimi dəyərlərimizi qoruması, digərləri üçün də yaxşı mənada bir nümunədir. Bu bayram ərəfəsində Onu, hörmətli Mehriban xanımı, cənab Prezidentin ailəsini Novruz bayramı münasibətilə təbrik edir, Azərbaycanın qüdrətlənməsi, müstəqilliyinin möhkəmlənməsi yolunda dövlət başçısının çəkdiyi zəhmətə görə öz dərin təşəkkürümüzü bildiririk".