Martın 18-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.62% – 41,581.31 bəndədək, S&P 500 indeksi 1.07% – 5,614.66 bəndədək, Nasdaq indeksi isə 1.71% – 17,504.12 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 18-də FTSE 100 indeksi 0.29% – 8,705.23 bəndədək, Fransanın CAC-40 indeksi 0.50% – 8,114.57 bəndədək, Almaniyanın DAX indeksi 0.98% – 23,380.70 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.11% azalaraq 1.0933 dollar təşkil edib.