Bakı-Qazax yolunda maşın kanala aşıb

19 Mart 2025 10:36 (UTC+04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazsindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini Nurlan Quliyevin idarə etdiyi “Toyota Prius” markalı avtobil Naftalan sakini Natiq Allahverdiyevin idarə etdiyi “VAZ 21099” markalı maşına çırpılıb. Qəzadan sonra avtomobillərdən biri yaxınlıqda olan su kanalına düşüb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.